Bir ana, qızının otağını səliqəyə salarkən yatağın altında bir buket çiçək və onun içində bir qeyd tapıb.
Kanal.az türk mediasına istinadən xəbər verir ki, qeyddə yazılan şeirli cümlələri anlamayan ana, təəccübünü videoya çəkərək sosial şəbəkədə paylaşdı. Həmin görüntü qısa müddətdə böyük maraq doğuraraq viral olub.
Videonu izləyən sosial media istifadəçiləri məsələyə fərqli reaksiyalar göstərib. Bəzi istifadəçilər, ananın qızının şəxsi həyatına aid bu məqamı ictimailəşdirməsini tənqid edərək "Qızının məxfiliyini niyə paylaşırsan?" sözləri ilə irad bildiriblər. Digər qrup isə vəziyyəti əyləncəli hesab edərək "Not məni güldürdü", "Həqiqətən çox gülməlidir" kimi şərhlər yazıblar.
Hadisə qısa zamanda sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib. (sonxeber.az)