Qiyməti 6 min manat olan inək sığortalana biləcək - FOTO
Maraqlı
12.07.2021 12:34
0

Qiyməti 6 min manat olan inək sığortalana biləcək - FOTO

Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi vasitəsilə fermerlər südlük inəkləri sığortalaya bilərlər.

Kənd Təsərrüfatı Nazirliyindən Oxu.Az-a verilən məlumata əsasən, inəklər iki sığorta zərfi vasitəsilə sığortalana bilər.

Əsas riskləri əhatə edən birinci sığorta zərfi üzrə sığorta tarifi 6,1 faiz, genişləndirilmiş riskləri əhatə edən ikinci sığorta zərfi üzrə sığorta tarifi 9,5 faiz təşkil edir.

Sığorta ödənişləri inəklərin ölümü və məcburi kəsimə verilməsi hallarında edilir.

Fermerlər hesablanmış sığorta haqqının yalnız yarısını ödəyirlər. Sığorta haqqının qalan hissəsini fermerlərə dəstək üçün dövlət ödəyir.

Müxtəlif qiymətə olan inəklərin sığortalanması üçün fermerin ödədiyi məbləğ aşağıdakı kimidir:


Loading...
Loading...