Qırğızıstan yenidən Qazaxıstana nota verdi
Qırğızıstan yenidən Qazaxıstana etiraz notası göndərib.
Kanal.az xəbər verir ki, nota ölkə vətəndaşı Çolponbek Sıdıkovun Qazaxıstanda iğtişaşlar zamanı döyülməsi ilə əlaqədardır.
Qırğızıstan tərəfi notada yanvarın 9-da Almatı-Bişkeş yolunda saxlanılan Sıdıkovun qazaxıstanlı asayiş keşikçiləri tərəfindən döyüldüyü, nəticədə hər iki ayağının və qabırğalarının qırıldığını qeyd edib.
Xatırladaq ki, Qırğızıstan bu ay ərzində Qazaxıstana üç dəfə nota verib. (modern.az)
- Dünya
- 21 Yanvar 2022