Qərbin qorxusu: Putin Suriya kartından istifadə edir

  • Dünya
  • 30 May 2022 09:36
Putin Rusiyanı cənginə alan yanğınlardan danışdı
  • Oxunub: 110

Qərb diplomatları Rusiyanın Suriyaya humanitar yardımdan Ukraynada sövdələşmə vasitəsi kimi istifadə edə biləcəyindən ehtiyat edirlər.

Kanal.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” öz mənbələrinə istinadən məlumat yayıb.

"Vətəndaş müharibəsinin mühasirəsində olan bir milyondan çox suriyalıya qida, su və digər yardımlar çatdıran beynəlxalq konvoylar üçün yalnız bir marşrut açıq qalır. İndi rəsmilər xəbərdarlıq edir ki, Rusiya onu bağlamağa və ya Ukraynadakı müharibədə Qərb dövlətləri ilə sövdələşmə vasitəsi kimi istifadə edə bilər", - məlumatda deyilir.

Diplomatlar və ekspertlər bildiriblər ki, Türkiyə ilə Bab əl-Hava sərhəd-keçid məntəqəsindəki dəhlizin bağlanması, demək olar ki, minlərlə insanı Suriyanı tərk etməyə məcbur edəcək:

"Bu, artıq İkinci Dünya müharibəsindən sonra Avropa və Yaxın Şərqdəki qaçqın böhranını daha da gücləndirəcək. Rusiyanın güclü veto hüququna malik olduğu BMT Təhlükəsizlik Şurası yardım yolunun açıq qalıb-qalmayacağına iyul ayında səs verəcək. Rusiyalı diplomatlar deyirlər ki, Moskva hansı qərar verəcəyini hələ dəqiqləşdirməyib".

"Moskva yeni qaçqın dalğasından əziyyət çəkə biləcək ölkələrlə sanksiyalardan yayınmağa kömək etmək barədə danışıqlar aparacaq”, - Rusiyanın adlarını açıqlamayan nümayəndələri bildiriblər.

Loading...
Loading...
Oxşar xəbərlər
x
Loading...