Qələbəyə hesablanmış ordu siyasəti – ŞƏRH
Gündəm
24.07.2021 17:02
1265

Qələbəyə hesablanmış ordu siyasəti – ŞƏRH

Azərbaycanın Vətən müharibəsində qələbəsini təmin edən resurslar əvvəlki illərdə formalaşdırılıb. Bu, Prezident İlham Əliyevin yürütdüyü siyasətin nəticəsi idi.

Qələbəyə gətirən amilin başında ordu və təhlükəsizlik sahələrində görülən işlər dayanır.

Belə ki, 2010-2020-ci illərdə orduda təşkilat-ştat strukturu təkmilləşdirildi, hərbi qulluqçuların sosial-məişət şəraitləri və maddi vəziyyətləri yaxşılaşdırıldı.

 ŞƏRH

Azərbaycanın Vətən müharibəsində qələbəsini təmin edən resurslar əvvəlki illərdə formalaşdırılıb. Bu, Prezident İlham Əliyevin yürütdüyü siyasətin nəticəsi idi.

Qələbəyə gətirən amilin başında ordu və təhlükəsizlik sahələrində görülən işlər dayanır.

Belə ki, 2010-2020-ci illərdə orduda təşkilat-ştat strukturu təkmilləşdirildi, hərbi qulluqçuların sosial-məişət şəraitləri və maddi vəziyyətləri yaxşılaşdırıldı.

obamarket.az

Yeni poliqonların tikilməsi, şəxsi heyətin sırf döyüş hazırlığı ilə məşğul olması məqsədilə mülki vətəndaşların işə cəlb olunması, döyüş qabiliyyəti tələb edən vəzifələrə ixtisaslı mütəxəssislərin qəbul edilməsi, ölkə daxilində və xaricdə təşkil edilmiş təlimlərdə iştirak vacib faktora çevrildi.

Müdafiə potensialının gücləndirilməsi və müdafiə sənayesinin inkişafı ordu qarşısında yeni çağırışlar qoyurdu. Bu, müdafiə və təhlükəsizlik xərclərinin artırılmasını zəruri edirdi, ona görə də, qısa müddət ərzində Azərbaycanın hərbi büdcəsi regionda bu sahəyə ayrılmış ən yüksək miqdara çatdı.

Bu, müasir dövrün çağırışlarına cavab verən, yeni texnologiyalarla hazırlanmış müdafiə məmulatlarının alınmasını da şərtləndirirdi.

Bakı aparıcı dövlətlərlə hərbi, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq edirdi və proses bu gün də yüksək səviyyədə davam edir.

Azərbaycanda 1 000-dən artıq müdafiə təyinatlı məmulatların istehsal edilməsi, Azərbaycanın aerokosmik ailəyə daxil olması, ölkədə ADEX Müdafiə Sənayesi sərgilərinin təşkili də Bakının gücünü hər keçən gün artırırdı.

Bununla yanaşı, beynəlxalq təhlükəsizlik sahəsində əməkdaşlıq zərurəti də yaranırdı.

Azərbaycan 2003-2014-cü illərdə NATO-nun rəhbərliyi altında Əfqanıstanda həyata keçirilən Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri döyüş əməliyyatına hərbi kontingent töhfəsi verib. Heyətin sayı 2008-ci ildə 2 dəfə (22-dən 45 nəfərədək), 2009-cu ildə isə daha 2 dəfə (45-dən 90 nəfərədək) artırılıb.

Azərbaycan 2015-ci ilin yanvarın 1-dən başlayaraq NATO-nun “Qətiyyətli Dəstək” əməliyyatına əhəmiyyətli hərbi, maliyyə, təlim və tranzit töhfəsi verir. Azərbaycan 2018-ci ildə RSM missiyasındakı hərbi kontingentinin sayını 94 nəfərdən 120 nəfərədək artırıb.

NATO tərəfinin müraciətinə cavab olaraq, Azərbaycan tərəfi 2019-cu ildə NATO-nun İraq Missiyasına töhfə vermək niyyətini bəyan edib.  27.11.2019-cu il tarixində Şimali Atlantika Şurası Azərbaycanı NATO-nun İraq Missiyası üzrə potensial əməliyyat tərəfdaşı kimi tanıyıb.

22.01.2019-cu il tarixindən etibarən Azərbaycan ordusunun 2 hərbi müşahidəçisi 1 illik rotasiya ilə UNMISS-in komandanlığı altında Cənubi Sudan Respublikasında xidmət edir.

Bakı Qərblə Rusiya arasındakı qarşıdurmada təhlükəsizlik zolağı oldu. Buna görə də, 2017-2020-ci illər ərzində Bakıda NATO-Rusiya hərbi komandanlıqları arasında bir neçə dəfə görüş keçirildi.

Bu, beynəlxalq dəstək baxımından Azərbaycan üçün əhəmiyyətli idi.

Azərbaycan Vətən müharibəsində Ermənistan üzərində qələbə qazandıqdan sonra ordumuzun həyata keçirdiyi hərbi əməliyyatlar beynəlxalq güclərin və beynəlxalq ekspert çevrələrinin də müzakirə mövzusu olub.

Qeyd edək ki, “Global Fire Power Index”in göstəricilərində Azərbaycan 140 ölkə arasında 64-cü yerdə qərarlaşıb.


Paylaş:
Loading...
Loading...