Qəbələdə 23 yaşlı qız intihara cəhd edib - FOTO/VİDEO
Ölkə
17.04.2021 23:58
263

Qəbələdə 23 yaşlı qız intihara cəhd edib - FOTO/VİDEO

Loading...

Qəbələ rayonunda intihara cəhd hadisəsi baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə şəhər ərazisində, hündürmərtəbəli binalardan birində qeydə alınıb.

Belə ki, 23 yaşlı Arzu Qafarova doqquz mərtəbəli yaşayış binasının damına çıxaraq özünü binadan atmaq istəyib. Lakin bu zaman binada təmir işləri aparan ustalar son anda onun intihar cəhdinin qarşısını alıblar. Gənc qızın hansı səbəbdən intihara cəhd etməsi hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Loading...
close
close