Xəbər verdiyimiz kimi, 20 yaşlı gəlin paltar sərərkən balkondan yıxlaraq dünyasını dəyişib.
Milli.Az xəbər verir ki, 2 ayın gəlini olan Könülün qazi həyat yoldaşı ilə toy günlərindən görüntülər sosial şəbəkələrdə yayılıb.
Gənc qız bir neçə ay əvvəl ailə həyatı quraraq həmin binaya köçübmüş. Belə ki, o, Vətən müharibəsi qazisi olan şəxslə evlənib.
İddialara görə, K.İbrahimovanın əri daha əvvəl başqa qadınla ailəli olsa da, sonradan xanım onu tərk edib. Qazi bir neçə ay əvvəl Könüllə ailə qurub. Onların "ASAN xidmət" mərkəzində nikah mərasimindən çəkilmiş görüntüləri sosial şəbəkələrdə geniş yayılıb.
Qeyd edək ki, iyunun 29-da saat 21 radələrində 20 yaşlı Könül İbrahimova yaşadığı Binəqədi rayonu Xocəsən qəsəbəsində şəhid ailələri və qazilər üçün inşa edilmiş şəhərcikdəki binanın 8-ci mərtəbəsindən yıxılaraq dünyasını dəyişib.
Baş vermiş hadisə ilə bağlı hazırda Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, ilkin məlumatda Könül İbrahimovanın ehtiyatsızlıqdan yıxılaraq dünyasını dəyişidiyi bildirilib. Hadisənin dəqiq səbəbi aparılan araşdırmanın yekununda müəyyənləşəcək.
Milli.Az