mitinq qazaxistan

Qazaxıstanda şiddətli toqquşma: Çox sayda yaralı var - VİDEO

Qazaxıstanda polislə etirazçılar arasında baş verən toqquşma nəticəsində 100-ə qədər polis və çox sayda nümayişçi xəsarət alıb.

Kanal.az xəbər verir ki, nümayişçilər xeyli sayda polis avtomobilinə zərər vurub. 200-dən çox nümayişçi saxlanılıb. Prezident Kasım-Jomart Tokayev xalqa müraciətində bildirib ki, aksiya iştirakçılarının bütün qanuni tələblərinə diqqətlə baxılacaq. O, etirazçıları tədbirli olmağa və təxribatlara uymamağa çağırıb. 

Qeyd edək ki, Qazaxıstan mediasının məlumatına görə, etirazlara nəqliyyat vasitələri üçün maye qazın kəskin bahalaşması səbəb olub. Etirazçıların sözlərinə görə, yanvarın 1-dən maye qazın bir litrinin qiyməti 120 təngəyə (0,27 dollar) qalxıb, sakinlər onun 60 təngəyə (0,13 dollar) endirilməsini tələb edirlər.

Metbuat.az