Qazaxıstanda bu ölkə Rusiyanın qarşısına çıxdı: Türkiyə isə... - ŞOK DETALLAR / ŞƏRH

  • Dünya
  • 10 Yanvar 2022 21:38
  • Oxunub: 18804

“Ümumiyyətlə, bu hadisələri hər hansı antituran və antitürk kontekstində görmürəm. Hadisələr sırf daxili səbəblərə görə başlamışdı. Qazaxıstanda bir sıra iqtisadi, sosial və daxili mübarizə məsələləri var. Onun heç bir geosiyasi yönümlü səbəbləri yoxdur. Bu  şəxsi fikrimdir”.

Kanal.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib.

Qazaxıstanda türklərlə ruslar yox, Çinlə Rusiya toqquşur  - Fərid Şəfiyev

O, KTMT hərbi kontingentinin Qazaxıstana müdaxiləsini və iğtişaşların yatırılmasını ““Böyük Turan” layihəsinin ləğvi” kimi tirajlayan Rusiya mediası və politoloqlarını rəyini rədd edib:

“Təbii ki, KTMT qüvvələrinin Qazaxıstanda yerləşdirilməsindən sonra hadisələr geosiyasi xarakter daşımağa başlayıb. Bu mövzuda bir çox şərhlər var. Rusiya mediasına nəzər yetirsək, söhbət ciddi ekspertlərdən gedirsə, onlar bu məsələyə heç də antitürk kontekstindən yanaşmır.

Qazaxıstanda Çinin daha çox maraqları var. Türkiyə Qazaxıstanda güclü oyunçu deyil. Orta Asiyanı indi-indi fəal siyasətə daxil edir. Ona görə də, bütün bu söz-söhbətlər daha çox süni şəkildə şişirdirilib. Sensasion xarakter daşımaq üçün “Turan” ssenarisi ortaya atılıb, prosesi Rusiya-Türkiyə mübarizəsi kimi şərh edirlər. Məncə, söhbət daha çox Rusiya-Çin mübarizəsindən gedir”.

Fərid Şəfiyev əlavə edib: 

“Təbii ki, KTMT qüvvələrinin Qazaxıstanda yerləşməsindən sonra bəzi rus siyasətçiləri iddialarında sərhəd tanımır. Məsələn, deyirlər ki, Özbəkistan da KTMT-yə daxil olmalıdır və s. Yəni geosiyasi oyun bir az da mürəkkəbləşib və bundan müxtəlif qüvvələr istifadə etməyə çalışacaq.

Qazaxıstanın içində olan mənbələr deyirlər ki, bu sırf klan mübarizəsidir və bütün problemlər ondan başlayıb. Bir çoxları da qeyd edirlər ki, KTMT qüvvələri bu yaxınlarda Qazaxıstanı tərk edəcək. Deməli, bundan sonra Qazaxıstanda hakim qüvvə KTMT ilə daha ciddi işləməyə məcbur olacaq. Amma bilmək olmaz 1 ildən, 2 ildən sonra Qazaxıstanın daxili siyasətində hansı dəyişikliklər baş verəcək”.

Loading...
Loading...
Oxşar xəbərlər