Qazaxıstan iğtişaşlarında Soros izi və sabiq nazir... - ŞOK DETALLAR

  • Dünya
  • 08 Yanvar 2022
qazaxıstan

Qazaxıstanda baş verən son hadisələrdə “Oyan Qazaxıstan” hərəkatının rolunun böyük olduğu iddia edilib.

Kanal.az xəbər verir ki, bu barədə Türkiyənin “Star” nəşri məlumat yayıb.

“Oyan Qazaxıstan” hərəkatı aktivist Beybaris Tolimbekov və Asiya Tulesovanın həbs edilməsi ilə - 5 iyun 2019-cu ildə yaradılıb.

Hərəkat özünü siyasi partiya kimi görməsə də, məqsədi və siyasi tələbləri ilə diqqət çəkir. Məqsədlərində siyasi repressiyalara son qoyulması, hakimiyyət orqanları arasında səlahiyyət bölgüsündə islahatların aparılması, beynəlxalq standartlara uyğun azad seçkilərin keçirilməsi dayanır. Bundan başqa, hərəkat Qazaxıstanda 2019-cu ildə baş verən aksiyalarda da xüsusi rol oynayıb.

“Oyan Qazaxıstan”ın digər mübahisəli cəhəti ondan ibarətdir ki, hərəkat dünyanın bir çox yerində xaos və münaqişələrin maliyyəçisi kimi görünən Soros Fondundan dəstək alır.

Qazaxıstanda 1995-ci ildən fəaliyyət göstərən Soros Fondu ölkədəki QHT-lərə dəstək məqsədilə 100 milyon dollardan çox ianə verib. “Oyan Qazaxıstan” hərəkatının təsis bəyannaməsi də dördü Soros Fondunun və digər xarici mərkəzin fəal üzvü olan 5 şəxs tərəfindən təqdim edilib. Beşinci şəxs isə Dimaş Alcanov adlı politoloqdur.

Qazaxıstanda baş verənlərlə bağlı Sorosla əlaqəsi olan daha bir şəxs keçmiş energetika naziri Muxtar Ablyazovdur. O, Qazaxıstandakı aksiyalara rəhbərlik etmək istədiyini də açıqlayıb. Keçmiş nazir bildirib ki, məqsədləri Nazarbayev rejimini tamamilə devirməkdir:

“Bu rejimi dəstəkləyənləri ömürlük həbs cəzasına məhkum edəcəyik”.//axar.az

Oxşar xəbərlər