Qazaxıstan blokadaya alınır: Nursultan üçün iki seçim - “Ya boyun əyməli, ya...”
Dünya
15.10.2021 15:31
457

Qazaxıstan blokadaya alınır: Nursultan üçün iki seçim - “Ya boyun əyməli, ya...”

Çin sentyabr ayının ortalarından başlayaraq Qazaxıstanla sərhəddən malların keçidini məhdudlaşdırıb. Sərhəddə Qazaxıstana aid 4 mindən çox konteyner ilişib qalıb.

Bu barədə “Atlas” Araşdırmalar Mərkəzindən Kanal.az-a daxil olan analitik məqalədə bildirilib.

Pekin niyə sərhədi Qazaxıstan malları üçün bağlayıb, məqsədi nədir?

Məqalədə qeyd edilib ki, Qazaxıstan ekspertlərinin fikrincə, Çinin Qazaxıstan bazarına hakim olmaq istəyir:

“Pekinin Qazaxıstana siyasi tələbləri də var. Qazaxıstanın siyasi dairələrində və cəmiyyətində Çində yaşayan uyğurlara sipmatiya var. Bu təbiidir, söhbət iki qohum xalqdan gedir. Bu hal Pekinin xoşuna gəlmir. Halbuki, Qazaxıstan Çinin daxili işlərinə qarışmır. Pekin Qazaxıstanda uyğurlarla bağlı keçirilən piketlərin qarşısının alınmasını tələb edir. Qazaxıstan bu tələbləri yerinə yetirmədiyinə görə də ona qarşı iqtisadi sanksiyalar tətbiq edilir.

Maraqlıdır ki, Çindən Avropaya, Avropadan Çinə gedən mallar və vaqonlar sərhəddə saxlanılmır. Çin sərhədçiləri və gömrük xidməti ancaq Qazaxıstana məxsus malların keçidinə maneə yaradırlar. Bu Qazaxıstan iqtisadiyyatında ciddi fəsadlara yol açıb. Birincisi, məhsulları sərhəddə ilişən qazaxıstanlı biznesmenlərin itkiləri artır. İkincisi, məhsulların sərhəddə ilişməsi istər-istəməz Qazaxıstanda qiymətlərin artımına səbəb olur. Bu arada, Çinin Qazaxıstana yatırımlarının həcmi də azalır.

Çin və Qazaxıstan hər ikisi Şanxay Əməkdaşlıq Təşkilatının üzvüdürlər. Görünür, bu Pekini az maraqlandırır və qonşusuna qarşı təzyiqi normal hal sayır. Ancaq haqlı sual yaranır: bu necə təşkilatdır ki, bir üzv digər üzv dövləti sıxışdırmağa çalışır? Pekin üçün əvvəlki illərdə ticarət və iqtisadi əməkdaşlıq əsas amil idi, indi isə maliyyəsi o qədər çoxalıb ki, siyasi iddialar əsasında qonşularını sıxışdırmağı lazım bilir. Qazaxıstan hər zaman böyük Çin bazarındam istifadə edib, idxal-ixrac əməliyyatları həyata keçirib. İndi isə Pekin faktiki Nursultana ultimatum elan edib: “Əgər əməkdaşlıq etmək istəyirənsə mənim istək və tələblərimi qəbul edəcəksən”. Nursultan hələ ki, müqavimət göstərir. Çinin bir başqa tələbi Qazaxıstanın torpaq sahələrini kirayə götürməkdir. Bu istək qazaxıstanlıların narazılığına səbəb olub və zaman-zaman toqquşmalar qeydə alınıb”.

Məqalədə bildirilib ki, Qazaxıstanın baş naziri mövcud vəziyyətlə bağlı çinli həmkarına məktub göndərib:

“Pekinin izah belədir ki, guya pandemiya səbəbindən sərhəddə məhdudlaşdırılmaya gedilib. Onda sual yaranır: Bəs onda sərhəd niyə tək Qazaxıstan məhsullarına qapalıdıb? Axı Avropa ilə Çin arasındakı ticarətə pandemiya mane olmur, əksinə Çinlə Avropa arasındakı tranzit getdikcə artır. Pandemiya bəhanədir. Çin Qazaxıstanı özünə siyasi və iqtisadi müstəvidə tabe etdirmək istəyir və bu siyasətini Qazaxıstanı blokadaya almaqla həyata keçirməyə çalışır. Görək, Qazaxıstan Çinin bu təzyiqinə nə qədər dözəcək?

Qazaxıstanın iki yolu var: ya Pekinin istəklərinə baş əymək, ya da iqtisadiyyatı şaxələndirərək Çindən asılılığını azaltmaq. Birinci yol Qazaxıstanın müstəqlliyinin azalmasına, ikinci yol Mərkəzi Asiyanın əsas dövləti kimi məhrumiyyətlərdən keçərək güclənməsinə aparacaq”.


Paylaş:
Loading...
Loading...