Qaxa güclü dolu yağıb - FOTO
Maraqlı
24.03.2021 19:34
319

Qaxa güclü dolu yağıb - FOTO

Qax rayonunda hava şəraiti kəskin dəyişib.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, rayonun İlisu kəndinə dolu yağıb.

Təxminən, 5 dəqiqə davam edən dolunun diametri 10-20 millimetr olub.

Kənd sakinləri bildiriblər ki, dolu yaşayış evlərinə ziyan vurmayıb.

Qeyd edək ki, bu gün Azərbaycanın şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti müşahidə olunub, ildırımla müşahidə olunan leysan yağışı yağıb.

Qaxın İlisu kəndi dəniz səviyyəsindən 1 400 metr yüksəklikdə yerləşir.


Paylaş:
Loading...
Loading...