Qarabağla bağlı QORXULU PROQNOZ: Sentyabr ayında... -  Ermənilər TƏŞVİŞ İÇİNDƏDİR
Siyasət
19.08.2021 12:52
1549

Qarabağla bağlı QORXULU PROQNOZ: Sentyabr ayında... - Ermənilər TƏŞVİŞ İÇİNDƏDİR

Ermənistanda yeni müzakirə mövzusu var: sentyabrda yeni müharibə başlayacaq.

Kanal.az xəbər verir ki, bu barədə fikirləri şərh edən siyasi şərhçi Asif Nərimanlı bildirib ki, genişmiqyaslı müharibə istisnadır, ruslar Azərbaycan-Ermənistan müharibəsinə imkan verməzlər: belə bir müharibə bölgədə Rusiya və Türkiyəni də tərəfə çevirir;

Hərçənd, sərhəd və Qarabağda kiçikçaplı eskalasiya gözləniləndir: sərhədin Rusiyanın təqdim etdiyi xəritələrə uyğun bərpası reallaşmalıdır, əsas problem Kəlbəcər istiqamətində yaşanır; proseslərin inkişafı Qarabağda erməni terrorçuların çıxarılması üçün də hərbi variantı aktuallaşdırır;

Ermənilərin “sentyabrda müharibə” müzakirəsi isə daha çox qorxudan qaynaqlanır. Onlar Azərbaycanın 44 günlük müharibənin ildönümündə Qarabağda yarımçıq qalan işini tamamlayacağını, toqquşmaların Ermənistana keçəcəyini hesab edirlər.

Paylaş:
Loading...
Loading...