646b4a6c90fb0202305235644

Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa hazırıq - Paşinyan

Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa hazırdır.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

O bildirib ki, Azərbaycanın Ermənistan tərəfindən tanınan 86 600 kvadrat kilometr ərazisinə Qarabağ da daxildir.

"Əgər biz Azərbaycanla bir-birimizi düzgün başa düşürüksə, o zaman Ermənistan qeyd olunan sərhədlər çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü, Bakı isə Ermənistanın 29,8 min kvadrat kilometr ərazi bütövlüyünü tanıyır", - deyə Paşinyan vurğulayıb.