Qarabağ
İdman
19.08.2021 22:12
172

Qarabağ" Şotlandiya klubunu məğlub etdi

"Qarabağ" UEFA Konfrans Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.

Kanal.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda Bakıda Şotlandiyanın "Aberdin" klubu ilə üz-üzə gəlib.

Matçı sloveniyalı Rade Obrenoviçin başçılıq etdiyi hakimlər briqadası idarə edib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş qarşılaşma Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, komandalar arasındakı cavab matçı bir həftə sonra Şotlandiyada olacaq.

Paylaş:
Loading...
Loading...