630613c537b68202208220421

"Qarabağ" klubu Müşahidə Şurası yaratmaqdan imtina edib - RƏSMİ

AFFA-dan "Qarabağ" klubuna Müşahidə Şurası yaratması təklif olunub.

Kanal.az-ın məlumatına görə, bu barədə jurnalistlərə klubun direktoru Emrah Çelikel açıqlama verib.

O bildirib ki, klubun peşəkarcasına və qarşılıqlı inam, etibar əsasında qurulmuş saf idarəetmə strukturu var: "Biz belə strukturdan nəticə aldığımızı görürük və dəyişiklik etmək istəmədiyimizi AFFA-ya bildirmişik".