"Qarabağ" darmadağınla yarımfinalda - Azərbaycan kuboku

  • İdman
  • 11 Fevral 2022 21:12
62069d5ee52d1_159603_s4cdo8rm9j
  • Oxunub: 88

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab qarşılaşmalarına start verilib.

Kanal.az xəbər verir ki, ilk oyun günündə bir görüş keçirilib.

"Qarabağ" səfərdə kubokun son qalibi "Keşlə"nin qonağı olub. İlk oyunda 1:0 hesabı ilə qalib gələn Ağdam təmsilçisi cavab matçında da rəqibini 6:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. Komanda bu mərhələdə "Sumqayıt" - "Qəbələ" cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, yarımfinalın digər görüşləri 12-13 fevral tarixlərində keçiriləcək.

11 fevral (cümə)

Azərbaycan kuboku, 1/4 final

Cavab oyunu

18:00. “Keşlə” – “Qarabağ” - 0:6 

Qollar: Patrik Andrade, 9, İbrahima Vadji, 17, Ramil Şeydayev, 44-pen, İbrahima Vadji, 45, Musa Qurbanlı, 77, Ramil Şeydayev, 84Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Kamran Bayramov, İnqilab Məmmədov“ASK Arena”.İlk oyun - 0:1.

12 fevral (şənbə)

16:00. “Sabah” – “Neftçi”Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Nahid Əliyev, Vüqar Həsənli“Bank Respublika Arena”

İlk oyun - 1:1

13 fevral (bazar)

15:00. “Qəbələ” – “Sumqayıt”Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Fərid HacıyevQəbələ şəhər stadionu

İlk oyun - 1:1

18:00. “Səbail” – “Zirə”Hakimlər: Əliyar Ağayev, Cavanşir Yusifov, Müslüm Əliyev, Rauf Cabarov“ASCO Arena”

İlk oyun - 0:4

Loading...
Loading...
Oxşar xəbərlər
x
Loading...