İdman
01.09.2021 19:07
157

"Qarabağ" - "Bazel" oyunu "Tofiq Bəhramov"da olmayacaq - UEFA-dan qərar

"Qarabağ"ın Konfrans Liqasının H qrupunun 1-ci turunda "Bazel"ə qarşı sentyabrın 16-ı keçiriləcək ilk ev oyunu Tofiq Bəhramov adına Respublika stadionunda olmayacaq.

Bu barədə Kanal.az-a Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib. O bildirib ki, Respublika stadionun ot örtüyünün bərbad vəziyyəti səbəbindən  UEFA stadionunun dəyişdirilməsini istəyib. Klub rəsmisinin sözlərinə görə, onlar da alternativ variant olaraq, bir matçlıq istisna hal kimi ilk növbədə "Azərsun Arena"nı göndəriblər:
 
"Bu, bir oyunluqdur. Sabaha cavab gələcək. Böyük ehtimalla, "Azərsun Arena"ya "yox" cavabı verəcəklər. Bu stadionda müvafiq ulduzlar olmadığı və müvafiq tələbə cavab vermədiyi üçün belə düşünürük. Ancaq istisna hal kimi icazə verəcəklərinə ümid edirik. Əgər olmasa, alternativ variantlara baxacağıq. Bu halda yeganə variant Olimpiya stadionudur".


Paylaş:
Loading...
Loading...