“Qalatasaray”ın baş məşqçisi Okan Buruk “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanovdan danışıb.
O, məşhur şərhçi, bir neçə gün öncə Bakıya gəlib Ağdam təmsilçisinin Çempionlar Liqasında “Çelsi”yə qarşı keçirdiyi matçı şərh edən Ertem Şenerə müsahibəsində Q.Qurbanovdan söz açıb:
“Biz 3 il öncə “Qarabağ”la Bakıda hazırlıq oyunu keçirdik. Orada Qurban Qurbanovu və komandasını tanımaq fürsətim oldu. Bu uğurların heç biri şans deyil. Qurban Qurbanovun komandasına qarşı oynayanda onun necə məşqçi olduğunu görmüşdüm. Onun Avropada qazandığı uğurlar mənə sürpriz kimi gəlmir”. /metbuat.az