“Qadınları zorlayaq!” çağırışı edən bloqerə görə DİN hərəkətə keçdi
Gündəm
12.07.2021 12:39
39

“Qadınları zorlayaq!” çağırışı edən bloqerə görə DİN hərəkətə keçdi

Sosial şəbəkələrdə “Pantural” ləqəbi ilə tanınan bloqer “qadınları zorlayın!” deyə çağırış edib.

O, həmcinslərinə çağırış edib ki, ictimai yerlərdə onların şəhvət hissini oyadan qadınlara qarşı seksual xarakterli zorakılıq etsinlər.

Məsələ barədə Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, polis leytenantı Zeyni Hüseynov oxu.az-ın sorğusuna cavab olaraq bildirib ki, artıq həmin bloqerin şəxsiyyəti müəyyən edilib və araşdırma aparılır:

“Araşdırmanın nəticəsindən asılı olaraq həmin şəxs barəsində qanunamüvafiq qaydada qərar qəbul olunacaq və nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək”.

Loading...
Loading...