Qadınla İntim Əlaqədə Oldu Sonra Öldürdü +16
Hadisə
15.02.2021 11:13
5328

Qadınla İntim Əlaqədə Oldu Sonra Öldürdü +16

Loading...

Sumqayıtda qadını boğub öldürməkdə təqsirləndirilən Kamran Quliyevin cinayət işi məhkəmə prosesi başa çatıb.

oxu24.com-un xəbərinə görə, hakim Səbuhi Hüseynovun sədrlik etdiyi iclasda hökm oxunub.

Hökmə əsasən, K.Quliyev 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən ilin mart ayında baş verib.

K.Quliyev münasibətdə olduğu, yüngül həyat tərzi keçirən G.Əliyeva ilə kirayədə yaşadığı mənzildə görüşüb.

Tərəflər arasında mübahisə zəminində yaranan insidentdən sonra K.Quliyev vanna otağında qadını boğaraq öldürüb.

Ona Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.

Kanal.az

Loading...
close
close