Qadın məhbus: “Bölgələrdəki ən gözəl qızları narkotikə çəkirlər” - VİDEO
Kanal.az TV
10.07.2021 17:11
63

Qadın məhbus: “Bölgələrdəki ən gözəl qızları narkotikə çəkirlər” - VİDEO

30 illik narkotik istifadəçisinin narkotiklə tanışlığı 18 yaşında başlayıb.

Xanım məhbus deyir ki, aludəçiliyinin əsas səbəbi düşdüyü mühit olub. Həyat yoldaşı həbsə düşdükdən sonra narkotikdən istifadəyə başlayan məhbus hər şeyin iradədən asılı olduğunu vurğulayır.

Artıq onun bir ayağında çürümə başlayıb. Xanım məhbusun sözlərinə görə, azadlığa buraxıldıqdan sonra həmin ayağı amputasiya edilməlidir. 

Birinci dəfə sərhəddən narkotik maddə keçirməyə nail olan qadın növbəti cəhdində həbs olunub. 

8 il azadlıqdan məhrum edilən məhbusun sözlərinə görə, həbs olunmaq narkotik istifadəçilərinin ömrünü uzadır: “Çünki bunun iki yolu var: ya ölməlisən, ya da tutulmalısan”.

Loading...
Loading...