Qadın deputatdan parlamentdə şok hərəkət: Çılpaq fotosonu göstərdi - FOTO

  • Dünya
  • 31 May 2025
683b55583cb1c202505251536

Yeni Zelandiyanın ACT partiyasından millət vəkili Laura McClure, 14 may 2025-ci il tarixində parlamentdə diqqətçəkən bir addım ataraq özünün süni intellekt (AI) vasitəsilə yaradılmış çılpaq fotosunu nümayiş etdirib. 

Şəkil bulanıq olsa da, McClure onun əslində saxta olduğunu və cəmi beş dəqiqə ərzində bir neçə belə "deepfake" şəkil hazırladığını bildirib. Məqsədi, bu texnologiyanın qadınlara qarşı istifadəsinin nə qədər asan və təhlükəli olduğunu göstərmək olub.

 O, bu tip “deepfake” məzmunlara qarşı qanunların sərtləşdirilməsini, razılıq olmadan yayımlanan süni görüntülərin cinayət hesab edilməsini təklif edir. Eyni zamanda bu görüntülərin qurbanlarının hüquqlarını qorumaq və zərərli məzmunun silinməsi üçün hüquqi yollar təklif edir.



Oxşar xəbərlər