Putin Ərdoğan

Putinlə Ərdoğanın Soçidəki görüşünün əhəmiyyəti – “Laçın və dəhliz nəzarətə götürüləcək?”

“Türkiyə prezidenti Rəcət Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə Soçidə dünənki görüşündə müxtəlif mövzular müzakirə olunub”.


Kanal.az bildirir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. O qeyd edib ki, Ukraynada apardığı işğalçı müharibə fonunda Qərbin Rusiyaya qarşı sanksiyaları genişlənir və bu vəziyyətdə Rusiyanın Türkiyə ilə əməkdaşlığa ehtiyacı artır:


“Rusiya rəsmiləri də etiraf edirlər ki, Türkiyə onlar üçün vacib körpü rolunu oynayır. Putin anlayır ki, sanksiyalar Rusiya iqtisadiyyatına və bank sektoruna dağıdıcı zərbə vurur. Kreml sahibi bu vəziyyətdən çıxış yolu kimi Türkiyə ilə iqtisadi əlaqələri genişləndirməyə, bank sektorları arasında interqasiyanı genişləndirməyə çalışır. Ərdoğan iqtisadi əlaqələri genişləndirməyə hazırdır, ancaq Qərb Rusiyanın bank sektoru ilə əməkdaşlıq edənləri də hədəf götürür. Ona görə də bu məsələdə Ərdoğan ehtiyatlı mövqe tutur”.