Putinin səfərbərlik elanından sonra Rusiyada aləm bir-birinə dəydi - Əhali qaçır

  • Dünya
  • 21 Sentyabr 2022
632af506667d5202209222702
  • Oxunub: 3412
Bu vasitə ilə yataqda 4 saat daş kimi ereksiya olacaq...
Bu vasitə ilə yataqda 4 saat daş kimi ereksiya olacaq...

Rusiya Prezidenti Vladimir Putin ümumi səfərbərlik elan edib. Artıq bir neçə gündür ki, bu qərar gözlənilirdi. Şimal dövlətində buna görə böyük narahatlıq yaşanır. Onsuz da sentyabrın 20-də qanunvericilikdəki dəyişiklik Rusiyada ciddi təşviş yaradıb. İndi hərbi təlimdən yayınmaq cinayət məsuliyyəti yaradır, azı 10 il həbs cəzasından söhbət gedir.

Kanal.az xəbər verir ki, rusiyalılar “Google”-da ən çox ölkədən getməyin yollarını axtarır. Qanunvericilikdə dəyişiklik günü Rusiya vətəndaşları axtarış sistemində vətəndən qaçmaq üsullarını araşdırıb. “Google”-un axtarış sistemində maksimum göstərici qeydə alınıb.

Ən çox Xabarovsk vilayətində olanlar əl-ayağa düşüb. Çinlə sərhəddə yerləşən bölgənin sakinləri “Google”da hamıdan çox kömək diləyib. Ümumi səfərbərlik barədə isə Belqorod vilayətinin sakinləri xüsusilə maraqlanıb. Ümumiyyətlə, əyalətdə bununla bağlı narahatlıq daha çoxdur.

Hələ dünən günorta saatlarından rusiyalılar “Google”-da ciddi fəallıq göstərməyə başlayıblar. Əvvəlcə ordudan müvəqqəti yayınmaq maraq predmeti kimi görünüb. Axşama yaxın isə Rusiya vətəndaşları ölkədən getməyin yollarını axtarmaq qərarına gəliblər.

Sentyabrın 20-də həm Vladimir Putinin, həm də müdafiə naziri Sergey Şoyqunun xalqa müraciəti gözlənilirdi. Amma müraciət təxirə salındı. Əvəzində Putinlə Şoyqu bu gün çıxış etdilər.

Kreml sentyabrın 23-dən 27-nə qədər işğal olunmuş Luqansk, Donetsk, Xerson və Zaporojye vilayətlərində referendum keçirməyi planlaşdırır. Səsvermə ilə həmin ərazilərin Rusiyaya birləşdirilməsi qarşıya məqsəd qoyulub. Putin bunu mümkün qədər tez etməyə çalışır. Çünki Xersonun mərkəzində küçə döyüşləri gedir. Xarkov vilayəti Ukrayna silahlı qüvvələrinin nəzarətinə keçib. Luqansk vilayətində ilk yaşayış məntəqəsi Rusiyanın işğalından azad olunub. Kreml bir az yubansa, ələ keçirilmiş ərazilərin hamısı əldən gedəcək. Moskva tələm-tələsik referendum keçirir. Sonra isə iddia edəcək ki, Ukrayna Rusiya ərazisinə hücum edib.

Amma eyni zamanda torpaqları da əldə saxlamaq lazımdır. Bunun üçün isə canlı qüvvəyə ehtiyac var. Səfərbərlik ehtimalı da məhz buna görə yaranıb.

Oxşar xəbərlər