63a4113ade059202212221138

Putin sözünü tutmadı: Ermənistan Azərbaycana təklif göndərdi - ŞOK DETALLAR

“Ermənistan Azərbaycana sülh müqaviləsinə dair təkliflərini təqdim edib".

Kanal.az Report-a xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.

“Sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması, sərhəddə təhlükəsizlik təminatları ilə bağlı təkliflər də verilib”, - o bildirib.

N.Paşinyan vurğulayıb ki, Rusiya sülhməramlı kontingenti üçtərəfli bəyanatla təsbit olunmuş öhdəliklərini yerinə yetirmir.

Xatırladaq ki, daha əvvəl rəsmi Bakı sülh sazişi layihəsi ilə bağlı təklifləri İrəvana təqdim etmişdi.