62fff5b214f49202208224226

Putin razılıq verdi: Xüsusi nümayəndələr AES-ə gedir

Rusiya Prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makronla telefon danışığı zamanı Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) missiyasının Ukrayna ərazisindən keçməklə Zaporojye AES-ə gəlməsi ilə bağlı razılığa gəlib.

Kanal.az xəbər verir ki, bu barədə “France-Presse” agentliyi məlumat yayıb.

İki ölkə liderləri, həmçinin iyulun 22-də İstanbulda Ukrayna taxılının ixracı üzrə bağlanmış sazişi müzakirə ediblər.

Xatırladaq ki, bundan əvvəl Makronla Putin arasında son üç ayda ilk telefon danışığı olub.