putin

Putin Qazaxıstandakı aksiyalarla bağlı həmlə etdi: Ölkə bu iddia ilə çalxalanır - Etirazların arxasında onların əli var

Bu gün Rusiyaya məxsus İL-76 təyyarəsinin Qazaxıstanın Almatı hava limanına eniş etdiyi barədə məlumatlar yayılıb.

Kanal.az xəbər verir ki, təyyarənin Qazaxıstana hansı məqsədlə gəldiyi məlum deyil. Lakin Qazaxıstanda etirzların baş verdiyi bir vaxtda Moskvanın bu həmləsi diqqət çəkir. Bəzi mənbələr iddia edir ki, Rusiya etirazların qarşısını almaq üçün Qazaxıstana dəstək verir.  İddialara görə, Qazaxıstan bu məsələ ilə bağlı Rusiyadan dəstək istəyib. 

 Qeyd edək ki, usiya Dövlət Dumasının vitse-spikeri Boris Çernışov Qazaxıstandakı etiraz aksiyalarında London və Vaşinqton regional komitələrinin əli olduğunu irəli sürüb. 

Onun sözlərinə görə, iğtişaşlara səbəb Qazaxıstan hakimiyyətinin Kremllə əməkdaşlıq kursuna sadiqliyi olub:

“London və Vaşinqton regional komitələri Qazaxıstan liderlərinin birliyini, Moskva ilə əməkdaşlıq kursuna sadiqliyini bəyənmir”. Deputat bildirib ki, insanlar “iqtisadi səbəblərə” görə meydana çıxarılıb, amma sonra siyasi şüarlar səsləndirməyə başlayıblar.