Putin HAMININ QARŞISINDA AÇIQLADI:  Bölgəyə daha hərbçi göndərməyəcəyik
Dünya
25.08.2021 09:55
335

Putin HAMININ QARŞISINDA AÇIQLADI: Bölgəyə daha hərbçi göndərməyəcəyik

Rusiya prezidenti Vladimir Putin qurucusu olduğu Vahid Rusiya partiyasının toplantısında Əfqanıstandakı vəziyyətlə bağlı diqqətçəkən açıqlamalar verib.

Kanal.az xəbər verir ki, onun sözlərinə görə, Rusiya bölgəyə ordu göndərmək niyyətində deyil. SSRİ dövründə rus hərbçilərin Əfqanıstanda olmasından nəticə çıxardıqlarını deyən Putin, hadisələrin bu ölkənin daxili işi olduğunu ifadə edib.

“Bilirsiniz, Əfqanıstan çətin dönəm yaşayır. Bu vəziyyəti yaxından izləyirik. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrlə təmasdayıq. Əlbəttə, Əfqanıstanın daxili işlərinə qarışmayacağıq. Hər kəsin hər kəslə döyüşdüyü bir vaxtda əsgərlərimizi oraya göndərməyəcəyik” - deyə Putin qeyd edib. / Metbuat

Paylaş:
Loading...
Loading...