Putin əmr verib: Rusların iki hədəfi var... - Ukrayna MN

  • Siyasət
  • 30 May 2022 16:18
  • Oxunub: 712

İşğalçıların əsas hədəfi Donetsk və Luqansk vilayətlərinin coğrafi sərhədlərinə çıxmaq və Ukraynanın dənizlərə yolunu bağlamaqdır.

Kanal.az xəbər verir ki, bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar deyib.

“Putinin Donetsk və Luqansk vilayətlərinin coğrafi sərhədlərinə çıxmaq, sonra isə həm cənuba, həm də şərqə hərəkət etmək əmri var. Onların vəzifəsi bizi iki dənizə çıxışdan məhrum etməkdir. Əslində Azovla və onun ətrafındakı müvəqqəti işğal olunmuş ərazilərlə bağlı artıq problemlər var. Onların da məqsədi bizi Qara dənizə çıxışdan məhrum etməkdir”, - Malyar bildirib.

Onun sözlərinə görə, rusların şərqdə apardıqları döyüşlərin iki hədəfi var:

“Birincisi, Luqansk vilayətini tamamilə almaq, ikinci məqsəd isə Ukrayna qoşunlarını mühasirəyə salmaqdır. Hələlik nə biri, nə də digəri uğurlu olmasa da, qızğın döyüşlər gedir”.

Loading...
Loading...
Oxşar xəbərlər
x
Loading...