Putin əmr verdi: Rusiya Zaporojyedən qoşunlarını təcili çıxarır

  • Dünya
  • 09 İyun 2022 16:44
  • Oxunub: 3749

Rusiya Prezidenti Vladimir Putin orduya iyunun 10-dək Luqansk vilayətinin Severodonetsk ərazisini ələ keçirməyi tapşırıb. Bu baxımdan cəbhədə rus qoşunlarının bir istiqamətdən digərinə hərəkəti müşahidə olunur.

Kanal.az xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.

“Cəbhədə vəziyyət çox sürətlə dəyişir. Zaporojye istiqamətində düşmən bir dəstə qoşun topladı və biz elə bilirdik ki, onlar oradan Zaporojye və ya Kramatorska doğru hücum əməliyyatlarını bərpa edəcəklər. Lakin artıq iyunun 7-də məlum oldu ki, onlar qoşunları təcili olaraq Zaporojye istiqamətindən çıxarırlar. Mən başa düşdüyüm kimi, bu, Severodonetsk ətrafında gedən döyüşlərlə bağlıdır”, - o bildirib.

Loading...
Loading...
Oxşar xəbərlər
x
Loading...