Putin Azərbaycana buna görə "hücum" edibmiş - Türkiyə açıqladı

  • Gündəm
  • 01 İyul 2025
686393d662727202507255254

Rusiyanın Yekaterinburq şəhərində Azərbaycan vətəndaşlarına qarşı görünməmiş qeyri-qanuni rəftar dünya mediasında geniş müzakirə olunur.

Kanal.az Publika.az-a istinadən xəbər verir ki, Səfərovlar ailəsindən Hüseyn və Ziyəddin qardaşlarının həyatını alan Putinin qara maskalıları kimi tanınan Rusiya polisinin xüsusi təyinatlı OMON-un qeyri-mütənasib gücü böyük reaksiyaya səbəb olub.

Yekaterinburq Məhkəməsinin həbs qərarı verilən 6 nəfər haqqında çıxardığı qanunsuz qərar və eyni ailədən 2 nəfərin ölümünə səbəb olan özbaşına müdaxilə Türkiyənin “Haber Global” telekanalında da dəyərləndirilib.

Canlı yayımda qonaq olan Prof.Dr.Levent Yılmaz, "Rusiya Azərbaycan vətəndaşlarının Rusiya üzərində iqtisadi, mədəni və bəzən texniki üstünlük təşkil etməsini istəmir" deyib.

Onun fikrincə, Putinin Azərbaycan vətəndaşlarına qarşı görünməmiş hücumunun əsas səbəbi budur. Putin bununla Azərbaycan təzyiq etmək niyyətindədir.


Oxşar xəbərlər