Prezidentdən sərəncam: Cavid Qurbanov işdən çıxarıldı

  • Ölkə
  • 24 May 2022 20:56
  • Oxunub: 318

Prezident İlham Əliyev Cavid Qurbanovun “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Kanal.az xəbər verir ki, sərəncamda qeyd olunur:

"Cavid Qəmbər oğlu Qurbanov “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilsin".

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

***

C.Q. Qurbanovun Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Cavid Qəmbər oğlu Qurbanov Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilsin.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Loading...
Loading...
Oxşar xəbərlər
x
Loading...