Prezident 2 sərəncam imzaladı

  • Ölkə
  • 14 İyun 2022 14:15
  • Oxunub: 115

Tofiq İbrahim oğlu Mirzəyevə “Xalq artisti” fəxri adı verilib.

Kanal.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb

O, Azərbaycan kino sənətinin inkişafında xidmətlərinə görə mükafatlandırılıb.

Eyni zamanda dövlət başçısının digər sərəncamı ilə T.Mirzəyev Azərbaycan kinematoqrafiyasının inkişafında səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

Qeyd edək ki, iyunun 16-da T.Mirzəyevin 90 yaşı tamam olur.

******

Azərbaycan Prezidenti İlham Əliyev Qəbələ rayonunun Ağdaş–Zarağan (40 km)–Böyük Pirəli–Kiçik Pirəli–Xırxatala–Cığatelli–Həmzəli avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Kanal.az xəbər verir ki, sərəncama əsasən, yeddi min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Ağdaş–Zarağan (40 km)–Böyük Pirəli–Kiçik Pirəli–Xırxatala–Cığatelli–Həmzəli avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.9-cu yarımbəndinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 12,7 milyon (on iki milyon yeddi yüz min) manat ayrılıb.

Loading...
Loading...
Oxşar xəbərlər
x
Loading...