Polislə bağlı yayılan video haqda - Rəsmi açıqlama
Ölkə
29.03.2021 22:28
178

Polislə bağlı yayılan video haqda - Rəsmi açıqlama

Loading...

Daxili İşlər Nazirliyi polis əməkdaşlarının azyaşlı övladlarının yanında bir kişini fiziki güc tətbiq edərək xidməti maşına mindirməsini əks etdirən videogörüntülərlə bağlı açıqlama verib.

DİN Mətbuat Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, sosial şəbəkələrdə yayılan görüntülər araşdırılıb: “Vətəndaşa qarşı hər hansı fiziki təzyiq göstərilməyib, iddialar əsassızdır. Qanunsuz əlvan metal daşıdığı üçün Nərimanov rayonu ərazisində Bakı şəhər BPİ DYPİ-nin yol patrul xidmətinin əməkdaşları tərəfindən Vüqar Mahmudovun idarə etdiyi “VAZ 21-011” markalı avtomobilə “saxla” işarəsi verilib.

Sürücü yol polisinə tabesizlik göstərərək polisin qanuni tələblərindən müxtəlif vasitələrlə yayınmağa çalışıb, yanında olan azyaşlı övladını bərkdən-bərkdən qışqırmağı, yaxınlıqda olan vətəndaşların diqqətini cəlb etməyi tapşırıb.

Tabesizlik göstərən sürücü əraziyə çağırılan Əlahiddə Çevik Polis Alayının naryad qrupu tərəfindən Nərimanov RPİ 17-ci  Polis Şöbəsinə təhvil verilib.

Qeyd olunan hərəkətlərdə polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama maddələrinin tərkib əlamətləri olduğuna görə fakta görə İnzibati Xətalar Məcəlləsinin 535-ci maddələri ilə onun barəsində toplanmış materiallar baxılması üçün Nərimanov rayon məhkəməsinə göndərilib”.

Murad Əhməd

Loading...
close
close