Polis idarəsində saxlanılan şəxs hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücum etdi - VİDEO
Dünya
06.06.2021 14:36
714

Polis idarəsində saxlanılan şəxs hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücum etdi - VİDEO

Rusiya Federasiyasının Rostov vilayətində polis idarəsinin müvəqqəti saxlama təcridxanasında saxlanılan şəxslə polislər arasında insident yaşanıb.

Polis idarəsinin təhlükəsizlik kameraları tərəfindən qeydə alınan görüntüləri “Mash” “Telegram” kanalı yayımlayıb.

Belə ki, hüquq mühafizə orqanları tərəfindən saxlanılan Ruslan Marxiyev adlı şəxs gözlənilmədən polislərə hücum edib.

Son məlumata görə, R. Marxiyevin qanunsuz hərəkətlərinin qarşısı alınıb, ona yeni itihamlar irəli sürüləcək.

Loading...
Loading...