Polad Həşimovun oğlu bu universitetə qəbul olundu - FOTO

  • Cəmiyyət
  • 16 İyul 2025
687787deaeee2202507250710

Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun oğlu Davud Həşimov ali təhsil almaq üçün ABŞ-ı seçib.

Kanal.az modern.az-a istinadən xəbər verir ki, Davud Həşimov 4 müxtəlif ölkənin 7 nüfuzlu universitetindən qəbul dəvəti alıb. Milli Qəhrəmanın oğlu təhsilini ABŞ-ın prestijli ali təhsil müəssisələrindən biri olan Purdue Universitetində davam etdirmək qərarına gəlib.

Qeyd edək ki, Purdue Universiteti dünyada mühəndislik və texnologiya sahəsində aparıcı ali təhsil müəssisələrindən biri hesab olunur.

Oxşar xəbərlər