1Xbet
1Xbet
Paytaxtın iki küçəsində hərəkət dəyişdirildi - DİQQƏT + FOTO
Maraqlı, Ölkə
13.04.2021 16:48
800

Paytaxtın iki küçəsində hərəkət dəyişdirildi - DİQQƏT + FOTO

Loading...

Bakının Nəsimi rayonunda Üzeyir Hacıbəyli küçəsinin Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməsində yol hərəkətinin təşkilində dəyişikliklər edilib.

Bu barədə oxu.az -a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Bildirilib ki, Üzeyir Hacıbəyli küçəsinin Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməsində Ü.Hacıbəyli küçəsi üzərində sağ zolaqda məcburi sağa əmr edən nişanlanma xətti düzünə və sağa nişanlanma xətti ilə əvəzlənib.

Eyni zamanda Ü.Hacıbəyli küçəsində zolaqlar üzrə hərəkət trayektoriyası (1,7 nişanlanma xətti) təşkil edilib, işıqfor obyektində daimi sağa bölməsi isə ləğv edilib.

“Həyata keçirilən dəyişikliklər küçələrin kəsişməsində hərəkəti buraxma qabiliyyətini 25 % artıracaq. Sürücülərdən dəyişiklikləri nəzərə almalarını və qaydalara riayət etmələrini xahiş edirik”, - deyə məlumatda qeyd olunub.



Loading...
close
close