633738933e090202209224227

Paşinyandan ŞOK: Ermənistan KTMT-dən çıxa bilər

“Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxa bilər".

Kanal.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin İctimai Televiziyasına müsahibəsində deyib.

"Rusiya və təşkilatın digər üzvləri müttəfiqlik öhdəliklərini yerinə yetirməsələr, biz 2023-cü ilin fevral ayının sonuna kimi KTMT-dən çıxmaq prosesinə başlayacağıq", - Paşinyan əlavə edib.

Baş nazir qeyd edib ki, KTMT Ermənistanı itirə biləcəyindən narahatdır:

"KTMT-də qorxu var ki, təşkilat Ermənistanı itirə bilər. Eynilə bizdə də bu qorxu var ki, Ermənistan KTMT-ni itirəcək. Bu, söz oyunu deyil”.