Paşinyan Türkiyə ilə bağlı Putindən kömək istədi: Ərdoğan Zəngəzur tələbini irəli sürüb /  AÇIQLAMA
Siyasət
23.11.2021 09:55
3614

Paşinyan Türkiyə ilə bağlı Putindən kömək istədi: Ərdoğan Zəngəzur tələbini irəli sürüb / AÇIQLAMA

İrəvan Ermənistan-Türkiyə münasibətlərinin normallaşması üçün vasitəçilik etməsi istəyi ilə Moskvaya müraciət edib.

Kanal.az xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan “Azadlıq” radiosunun erməni xidmətinə(“Azatutyun” ) açıqlamasında bildirib.

Onun sözlərinə görə, Ermənistanın bir sıra tərəfdaşları, o cümlədən Rusiya Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması məsələsində vasitəçi kimi çıxış etməyə hazır olduqlarını bəyan ediblər. Erməni tərəfi isə Kremlə üz tutub.

“Bir sıra beynəlxalq tərəfdaşlar, o cümlədən Rusiya Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesinə kömək etməyə hazır olduqlarını bəyan ediblər. Və biz Rusiyaya bildirdik ki, ilkin şərt olmadan Ermənistan-Türkiyə normallaşması prosesinə başlamağa hazırıq. Nə vaxt belə bir proses başlayarsa, təbii ki, biz bu barədə məlumat verəcəyik”, – Unanyan söyləyib.

“İkinci Qarabağ müharibəsindən sonra bu ilin avqustundan başlayaraq Ermənistanın baş naziri və Türkiyə Prezidenti sərhədin o tərəfindən müsbət mesajlar aldıqları barədə bir neçə bəyanat veriblər. Hətta Türkiyə Prezidenti sentyabrda bəyan edib ki, Ermənistanın baş naziri Gürcüstanın baş naziri vasitəsilə ona görüş təklif edib. Lakin Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, görüşün baş tutması üçün İrəvan Zəngəzur dəhlizinə doğru aydın və konkret addımlar atmalıdır.

Ertəsi gün Ermənistan baş nazirinin mətbuat katibi Ərdoğana cavab verib və bildirib ki, dəhliz məntiqi erməni tərəfi üçün qəbuledilməzdir, lakin İrəvan Ankara ilə təmaslara hazırdır.

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibinin sözlərinə görə, o vaxtdan Ankara ilə İrəvan arasında birbaşa danışıqlar olmayıb” – “Azadlıq” radiosunun şərhində belə deyilir./moderator.az/


Paylaş:
Loading...
Loading...