“Paşinyan sülhdən qaçsa, onu tikə-tikə edəcəklər” – Rusiyalı...

  • Dünya
  • 05 İyun 2022 16:36
  • Oxunub: 775

Aprelin 25-dən başlayaraq Ermənistanda kütləvi etiraz aksiyaları keçirilir. “Müqavimət hərəkatı” adı altında birləşən müxalif qüvvələr Baş nazir Nikol Paşinyanın və onun rəhbərlik etdiyi hökumətin istefasını tələb edirlər. 

Hakimiyyət əleyhinə mitinqlər parlamentdə təmsil olunan müxalifət deputatları, Ermənistanın ikinci prezidenti Robert Köçəryan, sabiq prezident Serj Sarkisyanın başçılıq etdiyi Respublika Partiyası tərəfindən təşkil olunur. Aksiyalar artıq ölkənin bir sıra bölgələri əhatə edir.

Köçəryan və Sarkisyanın təmsil olunduğu “Qarabağ klanı” revanşist mövqe sərgiləyərək, Paşinyanı sülh danışıqlarında Bakıya güzəştə getməkdə, Ermənistanı təslim etməkdə günahlandırır. Aylardır davam edən etirazlara baxmayaraq, İrəvan rejimi Azərbaycanla sülh müqaviləsinin imzalanmasına tərəfdar olduğunu bəyan edib. Paşinyanın bununla bağlı açıqlamaları Ermənistandakı aksiyaları daha da alovlandırıb.

Loading...
Loading...
Oxşar xəbərlər
x
Loading...