Paşinyan Qarabağa gəlməkdən İMTİNA ETDİ: Bu dəfə də oraya getsək...
Dünya
01.09.2021 16:35
1132

Paşinyan Qarabağa gəlməkdən İMTİNA ETDİ: Bu dəfə də oraya getsək...

Ərazisi və əhalisi olmayan qondarma Dağlıq Qarabağ hakimiyyəti əlindən gələni edir ki, 2 sentyabr tarixində guya Xankəndi müstəqilliyinin 30 illiyi münasibətilə keçirilən təntənəli tədbirlərdə Ermənistandan olan yüksək rütbəli şəxslər ora səfər etsinlər.

Kanal.az xəbər verir ki, bu barədə «Qraparak» qəzeti qeyd edir ki, Ermənistanın ali rəhbərliyi Dağlıq Qarabağa getmək istəmir, çünki 44 günlük müharibədən sonra Bakı dəqiq tələb qoyaraq, faktiki olaraq qadağa qoyub.

Qəzet xatırladır ki, bu ilin yanvar ayında Azərbaycan rəhbərliyi Ermənistanın o vaxtki xarici işlər naziri Ara Ayvazyanın Xankəndinə səfərinə çox əsəbi reaksiya verərək, bu addımı qanunsuz adlandırmışdı.

Nəşrin məlumatına görə, ötən həftə İrəvana səfəri zamanı qondarma rejimin parlamentinin spikeri Artur Tovmasyan parlament fraksiyalarının rəhbərləri ilə görüşmüş və onlara şəxsən dəvətnamələri çatdırmışdır. Tovmasyan əmin edib ki, Qarabağ parlamentinin müxalifət və hakimiyyətdən kənar deputatları razılığa gəliblər. Ermənistanlı həmkarlarının iştirakı ilə heç bir  etiraz aksiyası təşkil etməyəcəklər. Lakin qəzet yazır ki, bu əminlik Nikol Paşinyan və onun komandasından olan parlament nümayəndə heyəti Dağlıq Qarabağa gedəcək.

Sentyabrın 2-də baş nazir özü tətildə olacaq, parlament spikeri Alen Simonyan isə həmin gün Vyanaya səfər etməyi planlaşdırır. Bu o deməkdir ki, Paşinyan və komandası Qarabağa getməkdən çəkinir. / Qalanews


Paylaş:
Loading...
Loading...