637f1be9f15a5202211222321

Paşinyan KTMT sammitinin bəyannaməsini Azərbaycana görə imzalamayıb - ŞOK SƏBƏB irəli sürdü

Xəbər verdiyimiz kimi, dünən Ermənistanın paytaxtı İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) iclası baş tutub.

Kanal.az xəbər verir ki, iclas Ermənistan KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının (KTŞ) bəyannaməsini imzalamaqdan imtina edib.

Ermənistan Baş nazirinin saytında bildirilib ki, Paşinyanın bəyannaməni imzalamaqdan imtina etməsinə səbəb Ermənistana ayrılan yardımla bağlı tədbirlərin onu qane etməməsidir:

"KTMT KTŞ-nin Bəyannaməsi və Ermənistan Respublikasına yardımın göstərilməsi üzrə birgə tədbirlər haqqında" layihəsi yetərincə işlənməyib və bu formada, bütün hörmətimlə, mən bu sənədləri imzalamağa hazır deyiləm", - deyə Nikol qeyd edib.