Onlara efir qadağası qoyuldu - Gözlənilən qərar açıqlandı

  • Gündəm
  • 17 İyul 2025
68794a4231c9f202507250850

Azərbaycan efirlərində bir sıra bayağı ifaçılara qadağa qoyulub.

Kanal.az xəbər verir ki, oxu24.com saytının əldə etdiyi məlumata görə, artıq bir həftədir ki, mövcud qadağa tətbiq olunur.

Efirlərin belə bir tədbiri görməsinə səbəb  bəzi bayağı ifaçıların televiziya verilişlərində ifa etdikləri mahnılar, geyimləri və danışıq tərzləri olub. Sezar pizza

Əldə etdiyimiz məlumata görə, bundan sonra bayağı ifaçıları daha çox muğam ifaçıları, klassik estrada müğənniləri, xalq və əməkdar artistləri  əvəz edəcək.

Artıq qeyd olunan qadağa bir sıra verilişlərdə özünü göstərir.

Bayağı ifaçılara efir qadağasının hansı müddətə tətbiq olunduğu hələlik məlum deyil. Qeyd edək ki, bir müddət öncə aparıcı Elgiz Əkbər açıqlamasında bundan sonra efirində bayağı ifaçılara yer verilməyəcəyini demişdi.

***

Aparıcı Tarix Əliyev (Tolik) efir mədəniyyəti olmayan müğənnilləri verilişinə dəvət etməyəcək.

Kanal.az Axşam.az-a istinadən xəbər verir ki, bu barədə o, "Tarixin bir günü" verilişində bildirib.

O, həmkarını da bu addımı atmağa səsləyib:

"Bu yaxınlarda həmkarım Zaur Nəbioğlu ilə danışdıq və belə qərara gəldik ki, efir mədəniyyəti olmayan, konsert salonlarını restoran kimi tanıyan və böyük-kiçik yeri bilməyən müğənniləri efirə çağırmayacağam. Bunu özümə söz vermişəm. Zaur da dedi ki, mən də çağırmayacağam. Bu gün görürəm ki, aparıcı Elgiz Əkbər də onları "boykot" etməyə səsləyib. Biz "boykot" etməyəcəyik. Televiziya tamaşaçılar üçün fəaliyyət göstərir. Biz nə versək, insanlar ona baxacaqlar. Anam evdə nə verirsə, onu yeyirəm. Restoranda olanda fərqli yeməklər sifariş edirəm. Bir-iki ay bunları verməsək, onlar heç kimin yadına düşməyəcək və televiziyalar buna öyrəşəcək. Biz bununla reytinq yox, zövqlü tamaşaçı meyarını gətirəcəyik. Bu müğənnilər qoy bilsinlər ki, efir Tiktok deyil. Özünə hörmət edən aparıcılar birləşərək bu işi görməlidirlər. Qoy getsinlər tiktok-da trend olsunlar. Bura gəlməyin, bizdən uzaq, Allaha yaxın".

Qeyd edək ki, bir müddət əvvəl də T.Əliyev bayağı mahnıların ifaçılarını verilişinə çağırmayacağını açıqlayıb.

Oxşar xəbərlər