Pakistan artıq öz inventarında S-400-lərlə mübarizə aparmaq imkanlarına malikdir.
Kanal.az xəbər verir ki, bunu “Qlobal Defens İnsayt” jurnalının baş redaktoru, pakistanlı ekspert Seyid Əli Abbas Hindistanın ölkənin şimalına S-400-lər yerləşdirəcəyi barədə məlumatı şərh edərkən deyib.
“Pakistanın S-400-lərə qarşı yerli PUA-lar ilə yanaşı, bir çox döyüş meydanlarında özünü sübut edən “Bayraqdar TB2”-ləri də almaq imkanı var”, - o bildirib.