Özünü və 3 uşağını zəhərləyən ana ilə bağlı rəsmi məlumat
Baş Prokurorluğun Mətbuat xidmətindən Yenisabah.az-a bildirilib ki, mayın 22-də Sumqayıt şəhərində ana və 3 azyaşlı övladının dərman zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilmələri faktı ilə bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, bir sıra yerli KİV-də ananın övladlarını və özünü qəsdən zəhərləməsi ilə bağlı iddialar qeyd olunub.
- Ölkə
- 22 May 2024