Özcan Dəniz 1 il 6 aya qədər həbs oluna bilər
Dünya
09.03.2021 03:56
697

Özcan Dəniz 1 il 6 aya qədər həbs oluna bilər

Loading...

Türkiyənin tanınmış müğənni və aktyoru Özcan Dənizə qarşı keçmiş həyat yoldaşı Feyza Aktanı döymə iddiası ilə açılan cinayət işi yekunlaşıb. Məşhur yaxın günlərdə məhkəmə qarşısına çıxacaq.

“Haber Global”ın məlumatına görə, prokuror onun altı aydan bir il altı ayadək azadlıqdan məhrumetmə cəzasına layiq görülməsini tələb edir.  

Məhkəmə iddianaməsində F.Aktan Ö.Dənizin onu üç il öncə Sariyerdəki evlərində yumruqla vurduğunu, lakin sonradan ərinin peşman olması səbəbindən polisə şikayət etmədiyini bildirib. Daha sonra Gökçədə, üçüncü dəfə isə Almaniyada döyüldüyünü bildirən F.Aktan yalnız bundan sonra polisə müraciət etdiyini qeyd edib.

özcan dəniz
özcan deniz hapsi
son gelişmeler
en son haberler
Loading...
close
close