61dc214203473_ytjjykyukykyk

Ordudan tərxis olunan hərbçilərlə bağlı inanılmaz qərar: Qadınlar və kişilər...

Norveç ordusu ilə bağlı qəbul edilən yeni qərar böyük müzakirələrə yol açıb.

Kanal.az xəbər verir ki, yeni qərarə görə, ordudan tərxis olunanlar alt paltarını hərbi hissəyə təhvil verməlidir. Yerli mənbələrin məlumatına görə, ordunun təchizatındakı çətinliyə görə Müdafiə Nazirliyi belə qərar verib. Bildirilir ki, koronavirus pandemiyası başlayandan silahlı qüvvələrin əşya təminatı daha da pisləşib. Tərxis olunanların qoyub getdiyi paltarlar yuyulub təmizlənərək yeni gələnlərə veriləcək.

Qeyd edək ki, Norveç ordusunda qadın və kişilər bir yerdə xidmət edirlər. Yeni qayda kişilərlə yanaşı qadınlara da şamil olunur.