Operativ Qərargah toplanır: Metronun fəaliyyəti dayandırılacaq? -  AÇIQLAMA
Gündəm
20.08.2021 09:58
505

Operativ Qərargah toplanır: Metronun fəaliyyəti dayandırılacaq? - AÇIQLAMA

Azərbaycanda koronavirusa yoluxanların sayı günü-gündən sürətlə artır. Son statistikaya görə ölkədə virusa  4 mindən çox insan yoluxub. Belə bir məqamda metro və ictimai nəqliyyatın fəaliyyətinə yenidən qadağa qoyula bilərmi?

Kanal.az xəbər verir ki, mövzu ilə bağlı Redaktor.az-ın suallarını millət vəkili Azər Badamov cavalayıb. O bildirib ki, çıxış yolu vaksinasiya prosesini sürətləndirməkdir: 

"Yoluxmaların sayında maksimum artım müşahidə edilir. Lakin bununla yanaşı Operativ Qərargah əvvəlki kimi dərhal qadağaları bərpa etmədi. Bu düzgün qərardır. Çünki biz ilk növbədə vaksinasiya prosesini sürətləndirməliyik. Operativ Qərargah da vaksinləşmə prosesinin təşviqinə çalışır. Yoluxanların arasında vəziyyəti ağırlaşanların 90 faizi vaksin olunmayan şəxslərdir. Koronavirusun ağır nəticələrini aradan qaldırmaq üçün hər birimiz payız aylarına qədər vaksin olunmalyıq".

Millət vəkili bildirib ki, vəziyyət daha da pisləşə bilər:

"Hökumətin atdığı addımları dəstəkləmək lazımdır. Vaksinlə bağlı maariflənmə işi güclənməli və vaksinləşmənin arealını genişləndirilməliyik. Qapanmaların tətbiqinə ehtiyac yoxdur. Yoluxmalar əsasən toylarda geniş yayıldı.İndi məhərrəm ayında toyların təşkilinə ara verilib. Bununla yanaşı ictimai nəqliyyatın və metronun fəaliyətində qadağaya ehtiyac yoxdur. Hələlik belə bir qərarın veriləcəyini düşünmürəm".

Qeyd edək ki, bu gün Bakı Biznes Mərkəzində Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqi olacaq.

Brifinq saat 11:00-da başlayacaq.


Paylaş:
Loading...
Loading...