"Onun bütün fotolarını evdən yığışdırdıq" - Azərin xanımı

  • Şou biznes
  • 06 Avqust 2025
6893181d0f444202508255349

Mərhum aktyor Azər Baxşəliyevin həyat yoldaşı Nigar Seyid "Astar" yutub layihəsinə müsahibə verib.

Kanal.az xəbər verir ki, o, həyat yoldaşının vəfatından sonra qızı Züleyxaya görə evdən onun fotolarını yığışdırdığını deyib.

"Bunu təbii ki, müvəqqəti etdik. Unutdurmaq üçün etmirəm. Hələ ki, sualına cavabımız olmadığı üçün edirik. Nə vaxt öz sualını verəcək, cavabımız olacaq. Onda fotoları ortaya çıxaracağıq. Ona bunu izah etmək üçün peşəkarlardan məsləhətlər almalıyam" deyə, Nigar söyləyib. 

Qeyd edək ki, Azər uzun sürən böyrək çatışmazlığından sonra bu ilin yanvarında vəfat edib. /axsam.az

Oxşar xəbərlər